“Ermənistanda bütün məsələləri bir nəfər həll edir” - Badalyan

“Ermənistanda bütün məsələləri bir nəfər həll edir” -  Badalyan
  14 Noyabr 2019    Oxunub:1597
"Ermənistanda parlamentin hər hansı rolu yoxdur, bütün məsələlər bir nəfər tərəfindən həll olunur".
Azvision.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Armen Badalyan bildirib.

Onun sözlərinə görə, parlament Ermənistanın siyasi sistemdə əhəmiyyətli rol oynamayan bir qurumdur. Faktiki olaraq parlament həm əvvəl, həm də indi qərar qəbuledici orqan rolunu oynamayıb və orada həll ediləcək məsələlər praktiki olaraq yoxdur.

Badalyan hesab edir ki, ölkədə əsas məsələlər Paşinyan tərəfindən həll edilir, parlament isə baş nazir yanında onun üçün qərarlar "toplayan" bir orqandır. Buna görə də onun roluna və fəaliyyətinə bu qədər əhəmiyyət verməyin mənası yoxdur.

"Təbii ki, ciddi məsələlər parlamentdə müzakirə olunmur və müzakirə edilə bilməz, çünki Ermənistanın parlamentdə müzakirə ediləcək müsbət inkişaf gündəliyi yoxdur. Parlament öz iclaslarını çağırır, bu da adi öhdəlikdir, vəssalam", - Badalyan əlavə edib.

Erməni siyasi texnoloq əlavə edib ki, hazırkı parlamentin inqilabdan sonrakı eyforiyanın olduğu bir vaxtda formalaşdığın unutmaq olmaz:“Biz de-jure parlament respublikasıyıq, ancaq de-fakto avtokratiya adlı bir idarəetmə formasındayıq. Yəni, Ermənistandakı bütün məsələləri bir nəfər həll edir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Parlament  





Xəbər lenti