UEFA “Qarabağ”a 781 min avro ödəyib

UEFA “Qarabağ”a 781 min avro ödəyib
  14 Noyabr 2019    Oxunub:1788
UEFA-dan gələn vəsait “Qarabağ” klubunun hesabına köçürülüb.
Azvision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqda “Düdelanj” üzərində 4:1 hesablı qələbəyə görə 570 min avro, Bakıda Kipr APOEL-i ilə 2:2-lik heç-heçəyə görə isə 190 min avro qazanıb.

Həmçinin Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə klubun turnir cədvəlində mövqeyinə görə 21 min avro (market-pool – ilkin ödəniş) vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Beləliklə, “Qarabağ”ın büdcəsinə 781 min avro daxil olub.

Azvision.az


Teqlər: UEFA   Qarabağ  





Xəbər lenti