Tanınmış erməni idmançı Moskvada öldürüldü
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qətl dünən axşam saatlarında Moskvanın cənub-qərbində törədilib. Onun cəsədi Naximov prospektindəki evinin yaxınlığında tapılıb.
Rusiya İstintaq Komitəsinin Moskva üzrə istintaq idarəsində hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda cinayəti törədən şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, 40 yaşlı Bolyan tay boksu üzrə üç qat dünya çempionudur. Bir sıra beynəlxalq turnirlərdə 17 dəfə çempion adını qazanıb.
Bundan əlavə, idmançı zərbə endirilməsi sürəti üzrə özünəməxsus rekord müəyyənləşdirib. O, bir saniyədə Bolyan 11 zərbə endirib, bunlardan 8-i əlləri, 3-ü isə ayaqları ilə olub.
İdmançı 2004-cü ildə Rusiyaya köçüb. Son vaxtlar Ümumdünya Erməni Konqresinin idman şöbəsinə rəhbərlik edib, Ümumdünya Erməni İdman Federasiyaları Birliyinin prezidenti olub.
Pərvanə Sultanova
Azvision.az