İranın ikinci meymunu da kosmosdan qayıtdı
AzVision.az-ın “FarsNews”a istinadla verdiyi xəbərə görə, bu gün səhər İranın kosmosa göndərdiyi “Farqam” adlı ikinci meymun astronavtı da yerə qayıdıb. Mənbə bildirib ki bu meymun İranın istehsal etdiyi daşıyıcı peyki ilə kosmosa göndərilmişdi.
İran Prezidenti Həsən Ruhani də iranlıları ölkədə ikinci canlının kosmosa göndərilməsi və prosesin uğurlu alınması münasibətilə təbrik edib.
Bildirək ki, İran canlı olan ilk bio kapsulu kosmosa 2010-cu ildə göndərib. 2011-ci ildə isə ikinci peyk "Rəsəd" (Müşahidəçi) yerin orbitinə uğurla çıxarılıb. Onun missiyası Yerin fotolarını əldə edərək, telemetrik informasiya ilə onları yerüstü stansiyaya çatdırmaq olub.
Teqlər: