İstilik enerjisindən istifadəyə dair qaydalar hazırlanır

İstilik enerjisindən istifadəyə dair qaydalar hazırlanır
  14 Noyabr 2019    Oxunub:2121
“Azəristiliktəhcizat” ASC Energetika Nazirliyi ilə birgə istilik enerjisindən istifadəyə dair qaydalar hazırlayır.
Azvision.az xəbər verir ki, bunu “Azəristiliktəhcizat” ASC-nin sədr müavini İlham Mirzəliyev deyib. Onun sözlərinə görə, plan hazırlanıb, hazırda razılaşma prosesindədir.

“Ümid edirik ki, qısa müddətdən sonra həmin qaydalar qüvvəyə minəcək. Bütün istehlakçı-təhcizatçı arasında münasibətlər, müqavilə, istilikdən istifadəyə görə məbləğin hara, necə ödəməsi həmin qaydalarda öz əksini tapıb. Qanunla və qaydalarla istehlakçı aldığı enerjinin dəyərini ay bitdikdən sonrakı müddətdə ödəməyə borcludur”.

İ.Mirzəliyev bildirib ki, bu gün 40-a yaxın hündürmərtəbəli bina qurumun mərkəzi sisteminə qoşulub: “Çoxmənzilli binalar tikilərkən onların sahibkarları tərəfindən istilik təhcizatı ilə bağlı bizə az da olsa müraciət olunur. Biz onlara texniki şərtləri təqdim edirik, əgər bu şərtlər uyğundursa, mərkəzi sistemə qoşulurlar. Bəzi binalarla bağlı bizə müraciət olunmayıb, bəzi binaların layihəsində isə mərkəzi sistemə qoşulma nəzərdə tutulmayıb. Gələcəkdə sistem formalaşdıqca, qaydalar təkmilləşdikcə, yeni tikinti normaları meydana çıxdıqca onların da mərkəzi sistemə qoşulması məcburi ola bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bina   İstilik  





Xəbər lenti