Gürcüstan parlamentində və hakim partiyada istefalar başladı
"Gürcüstan parlamentinin bu qərarı qəbul etməsi bizim üçün vacib idi. Ancaq konstitusiya dəyişiklikləri uğursuz oldu. Təəssüf ki, bizim parlamentdəki vəzifəmizdən və parlament çoxluğundan, avtomatik olaraq partiyanı tərk etməkdən başqa yolumuz yoxdur", - deyə Çuqoşvili əlavə edib.
Parlamentin Xarici əlaqələr komitəsinin rəhbəri Sofio Katsarava, Avropa İnteqrasiyası Komitəsinin rəhbəri Tamara Hulordava, Avropa İnteqrasiya Komitəsi rəhbərinin birinci müavini İrina Pruidze, Xarici əlaqələr Komitəsi rəhbərinin müavini Dmitri Tskitişvili və deputat Qeorgi Mosidze hakim partiyadan ayrılmaq qərarına gəliblər.
Qeyd edək ki, "Gürcü Arzusu" yayda mərkəzi Tbilisidə gənclərin və müxalifətin təzyiqi altında proporsional seçki sisteminə keçmək barədə razılığa gəlmişdi. Seçki islahatını onda hakim partiyanın 93 deputatı dəstəkləyib, bu gün isə çox sayda deputatın bunun əleyhinə olduğu ortaya çıxdı.
Hazırda Gürcüstan parlamenti qarşısında "Utanc" gənclər hərəkatı etiraz aksiyası keçirir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Gürcüstan Parlament Etiraz