15 İran vətəndaşı İraqda öldürülüb

15 İran vətəndaşı İraqda  öldürülüb
  14 Dekabr 2013    Oxunub:1263
İraqın Diyala əyalətinin Baquba şəhəri ərazisində qaz boru kəmərini çəkən şirkət işçilərinə silahlı hücum edilib
İraqın Baquba şəhərində baş verən terror aktında 25 nəfər ölüb və yaralanıb.

AzVision.az-ın Qərb mətbuatına istinadla verdiyi xəbərə görə, dünən axşam İraqın Diyala əyalətinin Baquba şəhəri ərazisində qaz boru kəmərini çəkən şirkət işçilərinə silahlı hücum edilib. Şəhərin 55 km şərqində yerləşən İmam Veys bölgəsində həyata keçirilən silahlı hücumda 18 nəfər həyatını itirib ki, onlardan 15- iranlıdır. Daha 7 nəfər yaralanıb ki, onlardan 5- də iran vətəndaşları olub.

Ümumiyyətlə, dünən cümə günü İraqda həyata keçirilən terror aktlarında 23 nəfər həyatını itirib, onlarla insan yaralanıb.


Teqlər:





Xəbər lenti