Tramp Ərdoğanın fanatı olduğunu etiraf etdi

  14 Noyabr 2019    Oxunub : 829
Tramp Ərdoğanın fanatı olduğunu etiraf etdi
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın fanatı olduğunu etiraf edib.
Azvision.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

"Mən sizin böyük fanatınızam", - deyə Tramp Ərdoğanla görüşdə bildirib.

Öz növbəsində, Türkiyə lideri həmkarı ilə görüşməkdən məmnun olduğunu söyləyərək, Trampı "əziz dost" adlandırıb.

Qeyd edək ki, ötən gün iki ölkənin liderləri Ağ Evdə görüşüb və birgə mətbuat konfransı keçiriblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Tramp   Ərdoğan   ABŞ   Türkiyə