İsrail səfirinin diplomatik fəaliyyəti başa çatır

İsrail səfirinin diplomatik fəaliyyəti başa çatır
  14 Noyabr 2019    Oxunub:2017
Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycandakı səfiri Dan Stavı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Azvision.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfir Stav diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasında münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib. Nazir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğuladı. Nazir, Ermənistanın işğalçı siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına şərəflə geri qayıtmasının vacibliyini vurğuladı.

Tərəflər Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında birgə komissiyanın fəaliyyətinə və 2018-ci ilin 15-16 may tarixlərində keçirilmiş birinci iclasına toxunaraq, bu xüsusda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd etdilər.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıldı.

Elmar Məmmədyarov səfir Dan Stavın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

Azvision.az


Teqlər: XİN   İsrail   Səfir  





Xəbər lenti