Bu gün Aqarunovun heykəlinin açılışı olacaq

  15 Noyabr 2019    Oxunub : 621
Bu gün Aqarunovun heykəlinin açılışı olacaq
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan abidənin rəsmi açılış mərasimi olacaq.
Azvision.az xəbər verir ki, abidənin açılışı günorta saatlarında baş tutacaq. Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və rəsmi şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, heykəl Nərimanov rayonunda Milli Qəhrəmanın adına olan küçədə ucaldılıb. Heykəlin kompozisiyası tanınmış heykəltaraş Ömər Eldarova məxsusdur.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MilliQəhrəman   AlbertAqarunov