Tbilisdə etirazçılar gecəni çadrlarda keçirib

 Tbilisdə etirazçılar gecəni çadrlarda keçirib
  15 Noyabr 2019    Oxunub:1835
Gürcüstanda etiraz aksiyasının iştirakçıları gecəni ölkə parlamentinin qarşısında qurulmuş çadrlarda keçirib.
Azvision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Rustavelli prospekti bağlı olaraq qalır.

Etirazçılar əsas tələblərinin – proporsional sistem üzrə erkən seçkilərin keçirilməsi təmin olunmayana qədər aksiyanı dayandırmaq niyyətində olmadıqlarını bəyan ediblər.

Etirazlarda müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin Gürcüstanın sabiq prezidenti Qeorqi Marqvelaşvili də iştirak edib.

Nümayişlər təkcə paytaxtda deyil, Batumidə (Acarıstan), Kutaisidə (İmereti bölgəsi) və Zuqdididə (Sameqrelo-Zemo Svaneti bölgəsi) də keçirilir. Kutaisidə nümayişçilər qanun layihəsini dəstəkləməyən deputatların siyahısını açıq şəkildə yandırıblar.

Bu gün axşam 19:00-da aksiya yenidən bərpa ediləcək. Buna qədər təşkilatçıları planları barədə ictimaiyyətə məlumat verəcəklər. Bazar gününə isə daha geniş miqyaslı aksiya hazırlanır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Etiraz   Aksiya  





Xəbər lenti