XİN rəhbəri: "Türkiyəyə mindən çox mərmi və raket atılıb"

 XİN rəhbəri:  "Türkiyəyə mindən çox mərmi və raket atılıb"
  15 Noyabr 2019    Oxunub:1558
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən anti-İŞİD koalisiyası ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edib.
Azvision.az xəbər verir ki, Çavuşoğlu iclasdakı çıxışında YPG/PKK terrör təşkilatının Türkiyə və Suriyada son iki ildə 300-dən çox terror aktı təşkil etdiyini, Türkiyə torpaqlarına 1000-dən çox mərmi və raket atdığını, yüzlərlə mülki şəxsin həyatını itirməsinə səbəb olduğunu vurğulayıb: “Bunlar koalisiya ölkələrində baş versəydi, siz nə edərdiniz?”

Çavuşoğlu koalisiya ölkələrinə müraciətində, “tərəfdaşlarımızdan özlərini PYD/YPG-dən ayırmalarını gözləyirik. Koalisiya qanuni yerli tərəfdaşlarla əməkdaşlıq etməlidir. PYD/YPG terror təşkilatıdır və ona bu şəkildə davranılmalıdır” deyib.

XİN rəhbəri qeyd edib ki, YPG/PKK bəşəriyyətə qarşı cinayətlər törədib. "YPG/PKK kütləvi qətllərə səbəb olub, Tel Abyadda bazarda və bir kənddə terror aktı təşkil edib və bunun nəticəsində 20-dən çox mülki şəxs həyatını itirib. Bununla yanaşı, yerli xalqa təzyiq göstərib, etnik təmizləmə aparıb, demoqrafik dəyişikliklərə səbəb olub, uşaq əsgərlərdən istifadə edib, kəndləri məhv edib, kürd müxalif siyasi partiyalarını bağlayıb, bir çox müxalifləri edam edib və ya həbs edib. Biz koalisiya tərəfdaşlarımızın özlərini PYD/YPG-dən ayırmalarını gözləyirik”.

“Sülh çeşməsi əməliyyatı sayəsində PYD/YPG-nin terror dövləti qurmaq arzusu iflasa uğradı” -, deyən Çavuşoğlu vurğulayıb ki, sözü gedən əməliyyat ilə Suriyanın ərazi bütövlüyünə və birliyinə töhfə verilib, Türkiyəyə qarşı uzun müddətdir mövcud olan terror təhdidi uzaqlaşdırılıb.

Azvision.az


Teqlər: Mövlud-Çavuşoğlu  





Xəbər lenti