Hava limanında iki təyyarə toqquşub

Hava limanında iki təyyarə toqquşub
  15 Noyabr 2019    Oxunub:1629
Rusiyanın Şeremetyevo Hava Limanında iki təyyarə toqquşub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Belə ki, A-320 tipli təyyarə parklanma zamanı digərinin qanadına çırpılıb. Hadisə nəticəsində göyərtədə olan 42 sərnişindən heç biri xəsarət almayıb.

İlkin məlumata görə, Minskdən gələn təyyarə “Aeroflot” şirkətinə məxsusdur. Hər iki təyyarə mütəxəssislər tərəfindən yoxlanışdan keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Təyyarə   Hava-Limanı  





Xəbər lenti