Sabiq erməni deputat: “Ermənistan hüquqi dövlət deyil”

 Sabiq erməni deputat:  “Ermənistan hüquqi dövlət deyil”
  15 Noyabr 2019    Oxunub:2508
"Bu gün Ermənistan hüquqi dövlət deyil"

Azvision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Aqvan Vardanyan deyib. Onun sözlərinə görə, ölkədə cəmiyyətin birləşəcəyi bir və ya iki gündəlik yaratmaq vacibdir.
Vardanyan Nikol Paşinyanın Qarabağ məsələsində ziddiyyətli bəyanatlar verdiyini əlavə edib: "Biz əslində əvvəlki mövqelərimizdə güzəştlər etdik və indi danışıqlar dalana dirənib”.

Sabiq deputatın sözlərinə görə, Ermənistanda məhkəmə sisteminə edilən təzyiqlər, ümumiyyətlə məhkəmələr özü orta əsrləri xatırladır:

"Fikrimcə, Ermənistan bu gün hüquqi dövlət deyil, məhkəmələrə münasibətdə, Konstitusiya Məhkəməsi ilə bağlı baş verənlər göstərir ki, hüquqi dövlətdən söhbət belə gedə bilməz".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Deputat   Parlament  





Xəbər lenti