UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
  15 Noyabr 2019    Oxunub:1657
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev "Avro-2020"nin seçmə mərhələsi keçiriləcək Malta – Norveç oyununu idarə edəcək. Ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 18-də Ta Qalidəki Milli stadionda olacaq.

Azvision.az



Teqlər: UEFA   Əliyar-Ağayev  





Xəbər lenti