Səfir Bakı Limanının baş direktoru ilə görüşüb

Səfir Bakı Limanının baş direktoru ilə görüşüb
  15 Noyabr 2019    Oxunub:1463
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bakı limanının baş direktoru Taleh Ziyadovla görüşüb.
Qazaxıstanın Bakıdakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında tranzit və nəqliyyat sahəsində, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Ələt, Aktau və Kurık limanlarında Qazaxıstan və Azərbaycanın quru yük (fider) gəmilərindən toplanan rüsumların bərabərləşdirilməsi məsələsini nəzərdən keçirilib.

Həmçinin, beynəlxalq yük daşımalarının rəqəmsallaşdırılması sahəsində perspektivli layihələr barədə fikir mübadiləsi aparıblar.

Baş direktor səfirə Bakı limanının daha da modernləşdirilməsi konsepsiyası və limanda azad iqtisadi zonanın fəaliyyətə başlaması üçün hazırlıqlar barədə məlumat verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Səfir  





Xəbər lenti