"Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasına çalışmalıyıq - Səfir

"Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasına çalışmalıyıq -  Səfir
  15 Noyabr 2019    Oxunub:2391
Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp uelsli futbol azarkeşlərindən ibarət “GOL Cymru” xeyriyyəçi təşkilatını United Aid for Azerbaijan (UAFA) tərəfindən həyata keçirilən “Bakı Layihəsi”nə səfərdə müşayiət edib.
Azvision.az bu barədə səfirliyin "Facebook" səhifəsinə istinadla xəbər verib. “Bakı Layihəsi” Yasamal rayonunda əlilliyi və inkişaf problemləri olan uşaqlarla işləyir. Səfir və uelsli azarkeşlər uşaqlarla birlikdə gül əkmək məşğələsinə qoşulub.

“Hamımız çalışmalıyıq ki, bu uşaqların cəmiyyətə inteqrasiyasıda və yeni bacarıqların öyrənilməsinə kömək edək” - deyə, səfir bildirib.






Pərvanə Sultanova
Azvision.az



Teqlər: Səfir   Əlil  





Xəbər lenti