“Bizi Azərbaycanla ciddi oyun gözləyir” - Rayan Giqqz

“Bizi Azərbaycanla ciddi oyun gözləyir” -    Rayan Giqqz
  16 Noyabr 2019    Oxunub:2445
“Sabah bizi vacib oyun gözləyir. Hər iki komandaya uğurlar arzulayıram. Ancaq qələbə üçün oynayacağıq. Bir müddət əvvəl Tom Lourens zədələnərək sıradan çıxmışdı. Hazırda onun vəziyyəti yaxşıdır”.
Azvision.az xəbər verir ki, bunu “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı oyun heç də asan olmayacaq: "Bizi Azərbaycanla ciddi oyun gözləyir. Qalib gəlməyi çox istəyirəm. Rəqibə qarşı oyun asan olmayacaq. Futbolçularım sabahkı oyunun bizim üçün nə qədər vacib olduğunu anlayırlar. Əsas məqsədimiz 3 xal qazanmaqdır. Bakıda olmaqdan çox məmnunam. Ümid edirəm ki, buradan xoş təəssüratlarla ayrılacağam".

Qeyd edək ki, Azərbaycan-Uels oyunu noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək.

Azvision.az



Teqlər: RayanGiqqz  





Xəbər lenti