Qaret Beyl: “Bakıya qələbə qazanmaq üçün gəlmişik”

  15 Noyabr 2019    Oxunub : 1118
 Qaret Beyl: “Bakıya qələbə qazanmaq üçün gəlmişik”
"Əgər Azərbaycan millisinin son oyunlarına nəzər salsaq, inkişafın olduğunu görmək olar"
Azvision.az xəbər verir ki, bunu “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının kapitanı Qaret Beyl bildirib.

Bakıda ilk dəfə olduğunu deyən məşhur futbolçu oyunla bağlı fikirlərini bölüşüb: "Beş-on il əvvəlki komanda ilə hazırkı kollektiv arasında fərq hiss olunur. Bakıya qələbə qazanmaq üçün gəlmişik. Ümid edirəm ki, maraqlı oyun nümayiş etdirib istəyimizə nail olacağıq".

Qeyd edək ki, Azərbaycan-Uels oyunu noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək.

Azvision.az

Teqlər: QaretBeyl   Uels