Tramp Əfqanıstanda cinayətlərdə ittiham olunan iki zabiti əfv edib

  16 Noyabr 2019    Oxunub : 740
Tramp Əfqanıstanda cinayətlərdə ittiham olunan iki zabiti əfv edib
ABŞ Prezidenti Donald Tramp Əfqanıstanda müharibə cinayətlərində ittiham olunan iki amerikalı zabiti əfv edib.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Bu gün Prezident Donald Tramp ordunun baş leytenantı Klint Loransanın və ordu mayoru Metyu Qolsteynin əfv edilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda Edvard Qallagerin Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin kiçik xüsusi təyinatlı zabit rütbəsinin qaytarılması haqqında fərman imzalayıb”, - açıqlamada bildirilib.

Xatırladaq ki, Qallagerin rütbəsi mühakimə olunduğu müddətdə ləğv edilib, ancaq ona qarşı irəli sürülən ittihamlar sübut olunmayıb.

Lorans 2012-ci ildə onun rəhbərlik etdiyi hərbi hissəyə sürətlə yaxınlaşan üç nəfərin olduğu motosikletə atəş açılmasını əmr edib. O, əsgərlərin həyatına təhdid ola biləcəyini nəzərə alaraq belə qərar qəbul edib.

19 il müddətinə həbs cəzası alan Lorans 6 il həbsxanada olub. Onun müdafiəsi üçün 124 min imza toplanıb. Bir neçə konqresmen Loransın sərbəst buraxılmasının lehinə çıxış ediblər.

Bundan əlavə, bəzi konqresmenlər “qeyri-qanuni qətldə" günahkar bilinərək həbs edilmiş Metyu Qolsteynin sərbəst buraxılmasına çağırış ediblər.

Ağ Evdən verilən məlumata görə, o, Əfqanıstan ədliyyə sistemindəki boşluqlar səbəbindən azadlığa çıxan terroçunu ABŞ ordusunun əsgərləri üçün təhlükə yarada biləcəyi üçün güllələyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Tramp   Zabit