Katapullar pilotları qurtardı
MiQ-31 qırıcı təyyarəsi Vladivostok ətrafında, Primoryenin Nadejdinski rayonunun Olenevod qəsəbəsi üzərində qəzaya uğrayıbr. Təyyarənin çırpıldığı yerdə tələfat və dağıntı yoxdur.
Pilotlar katapulla tullanaraq yanacaqdoldurma stansiyalarından birinin yanındakı yolda yerə eniblər. Onların dalınca Vladivostokdan hərbi xilasedicilər gəliblər.
Regionun güc strukturlarından bildiriblər ki, qırıcı təyyarə ya texnikanın nasazlığı, ya da pilotun səhvi ucundan qəzaya uğrayıb.
RF Müdafiə Nazirliyinin, habelə “Aviaremont” Birləşmiş tikinti korporasiyası və zavodunun komissiyaları hadisə yerinə gəliblər.
MiQ-31 dördüncü nəsil birinci sovet döyüş təyyarəsidir. Uzaq məsafəli bu qırıcı-tutucu təyyarəni NATO-da “tülkü tazısı” adlandırırlar. MiQ-31 gecə-gündüz, hər cür havada ifrat kiçikdən böyüyədək hər hansı yüksəklikdə hədəfi tutmağa qadirdir.
Teqlər: