Ukraynada həbs ediləcək məmurların adları açıqlandı
V. Pşonka Baş Prokurorluğun A. Popov və V. Sivkoviçin vəzifələrindən uzaqlaşdırılması və ev dustağı edilməsi haqda vəsatət qaldırdığını açıqlayıb: “Noyabrın 29-dan 30-na keçən gecə Popov və Sivkoviç Kiyev şəhər Baş Milis İdarəsinin rəisi Valeri Koryakanın kabinetində olublar. İstintaqın məlumatına əsasən, məhz onlar milis rəisini güc tətbiqi haqda qərar verməyə məcbur ediblər”.
Baş Prokurorluq Kiyevin milis rəisi Valeri Koryaka və onun müavini Pyotr Fedçuk haqqında da “xidməti və vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə cinayət işi qaldırıb. V. Pşonka bütün adı çəkilən şəxslərin ev dustağı edilməsində israrlı olacaqlarını söyləyib: “Dünən mən şəxsən prezidentə istintaqın gedişi haqda məlumat verdim. Prezidentlə razılaşdırdım ki, bu şəxslərin vəzifələrindən uzaqlaşdırılması üçün təqdimat vermək lazımdır”.
Məhkəmə dekabrın 16-17-də Baş Prokurorluğun vəsatətlərinə baxacaq.
Artıq Viktor Yanukoviç V. Sivkoviç və A. Popovun vəzifələrindən kənarlaşdırılması haqda fərman imzalayıb.