İlham Əliyevdən həmkarlarına təbrik

İlham Əliyevdən həmkarlarına təbrik
  14 Dekabr 2013    Oxunub:1065
Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevə

Hörmətli Nursultan Abişeviç,

Qazaxıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Bu gün dost Qazaxıstan dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı yolunda inamla irəliləyir. Qazaxıstan dünya birliyində layiqli yer tutur.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan dövlətlərarası münasibətlər və strateji tərəfdaşlıq bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyinə xidmət edəcəkdir.

Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Qazaxıstan xalqına isə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 dekabr 2013-cü il.

***

Bəhreynin Kralı şeyx Həməd bin İsa Al Xəlifəyə

Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 dekabr 2013-cü il.


Teqlər:  





Xəbər lenti