Belarusda parlament seçkiləri baş tutub - Yenilənib

  17 Noyabr 2019    Oxunub : 1610
Belarusda parlament seçkiləri baş tutub - Yenilənib
Bu gün saat 14:00-a olan məlumata əsasən, Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilərdə seçicilərin 55,47 faizi səs hüququndan istifadə edib.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bununla da, parlament seçkiləri baş tutmuş hesab edilib.

Qeyd edək ki, Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır.

***
(11:50)

Bu gün Belarusda parlamentin aşağı palatasına seçkilər keçirilir.

Azvision.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 20.00-a qədər davam edəcək. Ölkə üzrə 5830, ölkədən kənarda isə 46 seçki məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Belarusda 110 deputat mandatı uğrunda 513 namizəd mübarizə aparır. Ölkə daxilində seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkənin hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkiləri min nəfərdən çox xarici müşahidəçi izləyir.

Azvision.az

Teqlər: Belarus   Seçki