Növbəti Suriya danışıqlarının vaxtı bəlli oldu

Növbəti Suriya danışıqlarının vaxtı bəlli oldu
  18 Noyabr 2019    Oxunub:1924
Qazaxıstanın Nur-Sultan şəhərində Suriya böhranına dair növbəti görüşün dekabr ayının əvvəlində keçirilməsi gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberd bildirib.

Onun sözlərinə görə, daha əvvəl oktyabrın sonuna planlaşdırılan Rusiya, Türkiyə və İran liderlərinin iştirak edəcəyi iclas Suriyanın konstitusiya komitəsinin çağırılmasına görə təxirə salınıb.

XİN rəhbəri əlavə edib ki, dekabr ayının əvvəlində görüşün keçirilə bilməsinə dair əlamətlər var. Hələlik Qazaxıstan XİN forumla bağlı qarant dövlətlər olan Türkiyə, Rusiya və İrandan rəsmi müraciət gözləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya   Astana   Qazaxıstan  





Xəbər lenti