Evdə futbola baxanları güllələdilər: 4 ölü, 6 yaralı

Evdə futbola baxanları güllələdilər:  4 ölü, 6 yaralı
  18 Noyabr 2019    Oxunub:3966
ABŞ-ın Kaliforniya ştatında yerləşən Fresno şəhərində atışma nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər fərdi evə girərək həyətdə futbol matçını izləyən ev sahiblərinə və onların dostlarına atəş açıb. Nəticədə 10 nəfər güllə yarası alıb. Onlardan üçü hadisə yerində, biri isə xəstəxanada ölüb.

Hazırda polis silahlı insidentlə bağlı araşdırma aparır.

Azvision.az


Teqlər: ABŞ   Atışma  





Xəbər lenti