Putinlə Makron Ukraynanı müzakirə etdi

Putinlə Makron Ukraynanı müzakirə etdi
  19 Noyabr 2019    Oxunub:2178
Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı dekabrın 9-na planlaşdırılan “Normand formatı” sammiti ərəfəsində Ukraynadakı vəziyyət müzakirə edilib.

“Əsas diqqət Parisdə keçirilməsi planlaşdırılan sammitə hazırlıq nəzərə alınmaqla, Ukraynada vəziyyətə ayrılıb”, - Kremlin yaydığı məlumatda qeyd olunub.

Rusiya və Fransa prezidentləri hesab edirlər ki, sammit Minsk sazişinin tezliklə reallaşmasına xidmət etməlidir.

Azvision.az



Teqlər: Putin   Makron   Ukrayna  





Xəbər lenti