Bakıda dəhşətli qəza, ölən və yaralananlar var

Bakıda dəhşətli qəza, ölən və yaralananlar var
  13 Mart 2013    Oxunub:1551
Martın 12-si saat 21:20 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Z.Bünyadov prospektində Abşeron rayon sakini Balakərim Ağayevin idarə etdiyi «Kamaz» markalı yük maşını Biləsuvar rayon sakini Rəşad Məmmədovun və Bakı şəhər sakini Elşən Əliquliyevin idarə etdikləri «Mersedes» markalı avtomobillərlə toqquşub.

Nəticədə, hər üç sürücü və B.Ağayevin sərnişini, qardaşı Nadir KTM-ə yerləşdirilib, R.Məmmədovun sərnişini Rahim Mirzalıyev isə hadisə yerində ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti