Tbilisidə 37 etirazçı saxlanılıb, 6 nəfər yaralanıb

  19 Noyabr 2019    Oxunub : 1836
 Tbilisidə 37 etirazçı saxlanılıb, 6 nəfər yaralanıb
Gürcüstanın Rustaveli prospektinin etirazçılardan təmizlənməsi zamanı iki asayiş keşikçisi daxil olmaqla 6 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis tərəfindən saxlanılan şəxslərin sayı 37 nəfərdir. Həmin şəxslər polisin qanuni tələblərinə əməl etmədikləri və qanun keşikçilərinə müqavimət göstərdikləri üçün saxlanılıblar.

Qeyd edək ki, dünən axşam saatlarında polis su şırnaqlarından istifadə edərək Gürcüstan parlamentinə girişləri bağlayan nümayişi dağıdıb. Etiraz aksiyaları parlamentin konstitusiyaya dəyişikliklər haqqında qanunu qəbul edə bilməməsindən sonra başlayıb. Aksiyaçılar proporsional seçki sisteminə keçidi tələb edirlər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gürcüstan   Aksiya