Gürcüstan parlamenti qarşısında yenidən çadrlar qurulub

  19 Noyabr 2019    Oxunub : 935
Gürcüstan parlamenti qarşısında yenidən çadrlar qurulub
Gürcüstan parlamentinin binası qarşısında hazırda 10-a yaxın çadır quraşdırılıb.
Azvision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ərazidə gecəni çadırlarda keçirən az sayda etirazçı var. Hazırda parlament binasının ətrafında təmizlik işləri aparılır. Polis patrul xidmətinin əməkdaşları və təcili yardım qrupları etiraz aksiyasının keçirildiyi yerdə iş başındadırlar.

Bu gün yerli vaxtla saat 19:00-da yenidən parlamentin qarşısında aksiya keçiriləcək.

Qeyd edək ki, dünən xüsusi təyinatlı qüvvələr aksiyanı dağıdıb. Bundan sonra parlamentin işi bərpa edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gürcüstan   Aksiya