Gürcü polisi radioaktiv təhlükənin qarşısın aldı

Gürcü polisi radioaktiv təhlükənin qarşısın aldı
  14 Dekabr 2013    Oxunub:2252
Gürcüstan DİN-in əməkdaşları radioaktiv maddələrin satışında şübhəli bilinən iki nəfəri saxlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisi şəhərində radioaktiv maddələrin satışına cəhddə şübhəli bilinən iki nəfər - 79 yaşlı T.Qurami və 66 yaşlı M.Omari saxlanılıb. T.Quramiyə məxsus zirzəmidə içərisində radioaktiv maddə olan qurğuşun konteyner aşkarlanaraq götürülüb. Ekspertiza onun radium-226 maddəsi olduğunu təsdiq edib.
İstintaqdan verilən ilkin məlumata görə, onların məqsədi radioaktiv maddəni satmaq imiş.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti