NATO-dan Rusiyaya xəbərdarlıq

NATO-dan Rusiyaya xəbərdarlıq
  15 Dekabr 2013    Oxunub:1463
NATO-dan Rusiyaya Ukrayna ilə bağlı xəbərdarlıq.
NATO baş katibi Anders Foq Rasmussen Ukrayna hökumətini əsas demokratik hüquqları və azadlıqları gözləməyə, Rusiyanı isə Kiyevə təzyiq göstərməməyə çağırıb. AzVision.az xəbər verir ki, alyans rəhbəri bunu “Die Welt” qəzetinə bugünkü müsahibəsində deyib.

“Biz gözləyirik ki, hakimiyyət dinc qərara gəlmək üçün müxalifətlə konstruktiv dialoqa başlayacaq” – deyib baş katib. Rasmussen həmçinin, Ukraynadakı bütün tərəfləri zorakılıqlardan çəkinməyə çağırıb. Eyni zamanda Rusiyadan Ukraynaya təzyiqləri son qoymağı tələb edib: “Mən hesab edirəm ki, Kiyev hansı təhlükəsizlik alyansına qoşulmaqla bağlı öz seçimini xaricdən təzyiqlər olmadan eləməlidir”.


Teqlər:





Xəbər lenti