Əfqanıstanda hərbi bazaya hücum olub - Ölənlər var

Əfqanıstanda hərbi bazaya hücum olub -  Ölənlər var
  20 Noyabr 2019    Oxunub:2594
Əfqanıstanda “Taliban” yarıqlılarının hərbi bazaya hücumu nəticəsində 13 hərbçi həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.

Əfqanıstanın şimal-şərqindəki Kunduz əyalətində həyata keçirilən hücum nəticəsində daha beş nəfər yaralanıb.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” radikal hərəkatının yaraqlıları arasında qarşıdurma mövcuddur. Ölkədə, həmçinin “İŞİD” terror qruplaşmasının təsiri də güclənib.

Əfqanıstan milli müdafiə və təhlükəsizlik qüvvələri ölkə daxilində birgə antiterror əməliyyatları keçirirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Hücum   Hərbçi   Taliban  





Xəbər lenti