İsrail Suriyaya zərbələr endirib - Ölən və yaralılar var

İsrail Suriyaya zərbələr endirib -  Ölən və yaralılar var
  20 Noyabr 2019    Oxunub:2185
İsrail hərbi qüvvələrinin Suriyadakı obyektlərə zərbəsi nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

"Hadisə nəticəsində Dəməşqin cənub-qərbindəki Beit-Saber və Saase adlı kiçik şəhərlərdə bir kişi və bir qadın ölüb, çox sayda insan yaralanıb”, - deyə məlumatda bildirilib.

Daha əvvəl rəsmi Təl-Əviv Suriya ərazisindən atılan dörd raketin zərərsizləşdirildiyini bəyan edib. Dünən gecə Dəməşqdə baş verən partlayışda isə bir nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   Suriya  





Xəbər lenti