Eks-prezident və baş nazir məhkəməyə verildi

Eks-prezident və baş nazir məhkəməyə verildi
  15 Dekabr 2013    Oxunub:1054
Çexiyanın keçmiş prezidentini və keçmiş Baş nazirini məhkəməyə verdilər.
2013-cü ilin əvvəlində dövlət rəhbərliyinin elan etdiyi amnistiya ilə əlaqədar olaraq “Dövləti bizə qaytarın!” təşəbbüsü Çexiyanın keçmiş prezidenti Vatslav Klausu və keçmiş Baş naziri Petr Neçası, habelə bir sıra şəxsləri məhkəməyə verib. Buna Baş nazir dəftərxanasının keçmiş direktoru Yana Nadyovanın (hazırda Neçasovanın) işi üzrə telefon danışıqlarının polis dinləmələri barədə dərc olunan məlumatlarla əlaqədar yeni informasiya səbəb olub. “Dövləti bizə qaytarın!” təşəbbüsünün tərəfdarları Petr Qavlik, Qana Marvanova və Yaroslav Kuxarjın dediklərinə görə, əldə olunmuş informasiya təsdiq edir ki, keçmiş Baş nazir Petr Neças prezident amnistiyasının vura biləcəyi ziyanı dərk edə-edə şəxsi siyasi fayda əldə etmək məqsədi ilə sənədi imzalayıb. Məhkəməyə şikayət edən şəxslər keçmiş Baş nazir Petr Neçasın, keçmiş prezident Vatslav Klausun və digər şəxslərin öz səlahiyyətlərini aşmaq, ola bilsin ki, rüşvət alıb-verməsindən, habelə cinayətkar qəsddə iştirak etməsindən şübhələnirlər.


Teqlər:  





Xəbər lenti