“Moskvada bir sıra sənədlər imzalanacaq” - Nazirdən açıqlama

“Moskvada bir sıra sənədlər imzalanacaq” -  Nazirdən açıqlama
  20 Noyabr 2019    Oxunub:2634
“Noyabrın 22-23-də Moskvada keçiriləcək X Rusiya-Azərbaycan Regionlararası Forumu iki ölkənin bölgələri arasında əməkdaşlığı genişləndirmək üçün yeni layihələrin müzakirəsi istiqamətində əla bir platformadır".
Azvision.az xəbər verir ki, bu barədə "Moskva-Bakı" portalına müsahibəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir xatırladıb ki, bu, onuncu, yəni yubiley forumudur: “Çox sayda Azərbaycan şirkətlərinin, özəl sektorun və Rusiya bölgələrindən olan şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Forumda sənədlər imzalanacaq. Əminik ki, yeni əlaqələr, layihələr olacaq. Forum Azərbaycan ilə Rusiya arasında regionlararası əməkdaşlığı genişləndirmək üçün görüşlər, yeni layihələrin müzakirəsi baxımından çox mühüm platformadır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mİkayıl-Cabbarov  





Xəbər lenti