Xətai rayonunda qaz olmayacaq

Xətai rayonunda qaz olmayacaq
  20 Noyabr 2019    Oxunub:2520
Xətai rayonunun təbii qaz təchizatında müvəqqəti fasilələr yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a bildirilib ki, avtomobil sahiblərinin CNG, yəni sıxılmış təbii qazla təminatı üçün mühüm addımlar atılır, yanacaqdoldurma məntəqələrində bu istiqamətdə bəzi işlər görülür.

Noyabrın 20-də Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaq doldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 millimetr olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

Bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti