Putin ABŞ-ı 'böyük ölkə" adlandırdı

 Putin ABŞ-ı
  20 Noyabr 2019    Oxunub:3262
Rusiya prezidenti Vladimir Putin ABŞ-ı böyük ölkə adlandırıb.
Azvision.az xəbər verir ki, bunu Putin "Rusiya çağırır!" adlı investisiya forumunda bildirib. O qeyd edib ki, Rusiya tərəfi həmişə ABŞ-a hörmətlə yanaşıb və bu münasibətini davam etdirir.

Putin hər iki ölkənin bir zamanlar, dünya müharibələrində müttəfiq olduqlarını qeyd edib: "Bütün bunlar bizim ümumi hekayəmizdir və bu, müsbət hekayədir”, - Putin vurğulayıb.

Rusiya lideri Moskva və Vaşinqtonun bir çox ortaq maraqlarının olduğunu əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti