Sumqayıtda "Qarabağ”la oyundan əvvəl konsert olacaq

Sumqayıtda "Qarabağ”la oyundan əvvəl konsert olacaq
  20 Noyabr 2019    Oxunub:2330
Noyabrın 22-də Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Sumqayıt” – "Qarabağ” oyunundan əvvəl "Kapital Bank Arena”da musiqi proqramı təşkil olunacaq.
Azvision.az xəbər verir ki, konsert proqramı Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində reallaşacaq.

Oyununun başlama saatından 19:00-dan 30 dəqiqə əvvəl azarkeşlər və şəhər ictimaiyyəti üçün stadionda musiqili proqram təqdim ediləcək.

Azvision.az



Teqlər: Sumqayıt   Qarabağ   Konsert  





Xəbər lenti