Sarkisyan sükutu pozdu: “Hakimiyyəti populistlərə güzəştə getdim”

  Sarkisyan sükutu pozdu:  “Hakimiyyəti populistlərə güzəştə getdim”
  21 Noyabr 2019    Oxunub:4187
Ermənistanda demokratiyanı təhdid edən təhlükəli hadisələr baş verir, konstitusiyanın əsasları pozulur.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, Respublikaçılar Partiyasının sədri Serj Sarkisyan Xorvatiyada Avropa Xalq Partiyasının iclasında deyib.
O bildirib ki, 2018-ci ilin yazında Ermənistanda sülh yolu ilə hakimiyyət dəyişikliyi baş verib: "Onda mənim bir məqsədim var idi - insan tələfatına yol verməmək və ölkəni təhlükəli zərbələrdən qorumaq. Son bir il yarımda inqilab adı ilə hakimiyyətə gələnlər heç bir inqilabi dəyişiklik etməyib, xarici və daxili siyasi gündəmə hər hansı inkişaf gətirməyiblər".

Sarkisyanın gözlərinə görə, Ermənistanda məhkəmələrin müstəqilliyi pozulub. Siyasi təqiblər davam edir:

"Müxalifət jurnalistlərinə və fəallarına qarşı aqressiv hərəkətlər vaxtaşırı baş verir. Dözümsüzlük və nifrət narahatlıq doğuran həddə çatıb”,- deyə Sarkisyan bəyan edib.

Sabiq prezident, həmçinin vurğulayıb ki, o, xalqın daha yaxşı bir dövlət qurmağa çalışması üçün vəzifəsindən gedib:

“Ancaq bu gün populistlərə hakimiyyəti güzəştə getdiyim üçün ittihamlar eşidirəm. Bu narahatlığı səsləndirmək, hakimiyyət dəyişikliyi dövründə minlərlə insanın inam və gözləntilərini müdafiə etmək üçün indi buradayam. Ermənistanda baş verənlərdə bizim də günahımız var. Amma sizi əmin edirəm ki, təhlükəsizlik və sabitlik bizim üçün prioritet idi".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sarkisyan   Ermənistan  





Xəbər lenti