Kiyevin yeni meri bəlli oldu

Kiyevin yeni meri bəlli oldu
  15 Dekabr 2013    Oxunub:1245
Şəhərin meri vəzifəsini 1-ci vitse mer Anatoli Qolubçenko əvəz edəcək.
Kiyev şəhərinin meri vəzifəsini 1-ci vitse mer Anatoli Qolubçenko əvəz edəcək. AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, Kiyev şəhərinin meri Aleksandr Popov Maydan olayına görə, vəzifəsindən uzaqlaşdırılıb. Şəhər merinin vəzifəsini icra edən Anatoli Qolubçenko jurnalistlərə deyib ki, onun bu vəzifəni daşıması müvəqqəti xarakter daşıyır və hər şeyə həftənin 1-ci günü aydınlıq gətiriləcək.

Xatırladaq ki, Kiyev şəhərinin meri Aleksandr Popov dekabrın 14-də ölkə başçısı Viktor Yanukoviçin sərəncamı ilə işdən çıxarılıb. Onun işdən çıxarılması Ukrayna Baş Prokurorunun vəsadətilə həyata keçirilib.


Teqlər:  





Xəbər lenti