22 yaşlı “gözəllik kraliçası” deputat oldu - FOTOLAR

 22 yaşlı “gözəllik kraliçası” deputat oldu -  FOTOLAR
  21 Noyabr 2019    Oxunub:6868
Belarus parlamentinin aşağı palatasının ən gənc deputatı 22 yaşlı "gözəllik kraliçası" Mariya Vasileviç olub.

Azvision.az xəbər verir ki, Vasileviç ötən ilin mayında "Miss Belarus" mükafatını qazandıqdan sonra Prezident Aleksandr Lukaşenko ilə tez-tez ictimaiyyət arasında görünməyə başlayıb.
Onlar birlikdə dövlət festivallarında, xokkey oyunlarında, eləcə də Rusiyada keçirilən 2018-ci il Dünya Kubokunda iştirak ediblər.

Lukaşenko Vasileviçi mədəniyyətə verdiyi töhfəyə və xeyriyyəçi fəaliyyətinə görə dövlət medalı ilə təltif edib. Eyni zamanda, onun "Miss Dünya 2018" yarışmasına hazırlıqlarını şəxsən müşahidə edib. Bu yarışmada üçüncü yeri tutub.

Deputat seçilən Mariya Vasileviçin heç bir siyasi təcrübəsinin olmadığı bildirilir. Məlumata görə, parlamentdə o, gənclərin problemlərinə diqqət çəkməklə məşğul olmaq niyyətindədir.

















Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bülarus   Deputat  





Xəbər lenti