İranda internetə giriş qismən bərpa edilib

İranda internetə giriş qismən bərpa edilib
  21 Noyabr 2019    Oxunub:1987
İranda internet bağlantısı tədricən bərpa olunmağa başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb. Bildirilib ki, ölkənin cənub hissəsindəki Hormozqan əyalətində internet bağlantısı bərpa edilib. Həmçinin, "Instagram" və "WhatsApp" işə salınıb.

Xatırladaq ki, İranda keçirilən etirazlarla əlaqədar ölkə üzrə internet əlaqəsi kəsilmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Rusiya  





Xəbər lenti