“Soros Fondu Ermənistan üçün təhlükə yaradır” - Artur Vanetsyan
Vanetsyan ölkə daxilində bu cür siyasi qüvvələrin olduğunu deyib, lakin onların müxalifət və ya hökumətyönlü düşərgədə fəaliyyət göstərməsi sualını cavabsız qoyub.
Sabiq direktorun sözlərinə görə, Soros Fondunun Ermənistandakı fəaliyyəti ölkə üçün təhlükə yaradır.
Qeyd edək ki, Artur Vanesyan bu il sentyabrın 16-da istefa verib. Onun istefası ilə bağlı bəyanatında Paşinyana xitabən: “Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və “Dayan!” ifadələri yer almışdı.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan