İrəvanda atışma olub

İrəvanda atışma olub
  22 Noyabr 2019    Oxunub:2391
İrəvanda gecə saatlarında atışma olub.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, polis şöbəsinə naməlum şəxsin Tiqran Mets prospektində silahdan atəş açması barədə məlumat daxil olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Binanın yaxınlığında 5.45 mm kalibirli 24 giliz tapılıb. Həmçinin, binanın sınmış pəncərəsində də güllə izləri aşkarlanıb. Bundan əlavə, ərazidə olan "Toyota Corolla" markalı avtomobildə güllə izləri müəyyə edilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Atışma  





Xəbər lenti