Britaniya səfiri köçkün ailəsinin qonağı oldu - FOTOLAR

Britaniya səfiri köçkün ailəsinin qonağı oldu -  FOTOLAR
  22 Noyabr 2019    Oxunub:2321
Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə yerləşən Laçın rayonu Çaylı kənd orta məktəbdə ikinci Resurs və Təlim Mərkəzinin açılışında iştirak edib.
Azvision.az səfirliyə istinadən xəbər verir ki, diplomat bu layihənin həm təhsil, həm də ingilis dilinin öyrənilməsi baxımından gənclərin gələcəyi üçün çox vacib olduğunu deyib:

“Bizim məqsədimiz sizin icmanızın təhsil və inkişafını dəstəkləməkdir. Biz Azərbaycanın firavan və təhlükəsiz inkişafını dəstəkləyirik”, - səfir Şarp əlavə edib.

Resurs və Təlim Mərkəzi "British Council Azerbaijan" tərəfindən Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu mərkəzlər gənclərin özlərindən əminliyini artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətləndirilmiş üç illik proqramdır.

Səfir Şarp, həmçinin Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla da görüşüb, məcburi köçkün ailəsində olub. Bundan başqa, məcburi köçkün uşaqları üçün fəaliyyət göstərən bağçaya da baş çəkib.







Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Səfir  





Xəbər lenti