Türkmənistanın Bakıdakı seçki məntəqəsi işə başladı
Türkmənistanın Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Toylı Komekov Türkmənistan vətəndaşlarının iştirakı ilə səhər saat 7.00-də vətəndaşların səsverməsi üçün seçki məntəqəsini açıb.
1 saylı seçki məntəqəsi axşam saat 19.00-dək işləyəcək.
Ərazi bölgüsünə əsasən, Türkmənistan səfirliyi nəzdində 1 saylı seçki məntəqəsində Azərbaycan Respublikası ərazisində müvəqqəti olan Türkmənistan vətəndaşları deputatlığa təqdim olunan 3 namizədə səs verəcəklər.
Türkmənistanın Azərbaycandakı səfirliyində ölkə vətəndaşlarının səsverilməsi üçün dünya standartlarına uyğun hər cür şərait yaradılıb.
Vətəndaşların müraciətləri nəzərə alınaraq və beynəlxalq təcrübəyə uyğun olaraq vaxtından əvvəl səsvermə üçün seçki məntəqəsini açmaq qərarı Türkmənistan səfirliyi tərəfindən qəbul edilib.
Teqlər: