Kolumbiyadakı terrorda 3 polis həlak olub

  23 Noyabr 2019    Oxunub : 1194
Kolumbiyadakı terrorda 3 polis həlak olub
Kolumbiyada polis bölməsi yaxınlığında baş vermiş partlayış nəticəsində azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Hadisə cümə axşamı Santander-de- Kiliçao şəhərində baş verib. Qəzetin yazdığına görə, partlayıcı maddələrlə dolu yük maşını polis bölməsi yaxınlığında partladlıb. Ölənlərin hamısı polis əməkdaşlarıdır. Partlayış nəticəsində yaxınlıqdakı tikililərə ciddi ziyan dəyib.

Baş vermiş partlayış terror aktı kimi qiymətləndirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Azvision.az

Teqlər: Terror