Türkmənistanda seçicilərin 45.93 faizi səs verib

Türkmənistanda seçicilərin 45.93 faizi səs verib
  15 Dekabr 2013    Oxunub:1155
Türkmənistanda parlament seçkilərində seçicilərin 45.93 faizi səs verib.
AzVision.az xəbər verir ki, Türkmənistanda parlament seçkilərində saat 11:00-a olan məlumata görə, seçicilərin 45.93 faizi səs verib. Bu barədə Trend Türkmənistanın Seçkilər və referendumların keçirilməsi üzrə mərkəzi komissiyasına (MSK) istinadən məlumat verir.

Ölkənin üç milyondan artıq seçicisi üçün səsvermə yerli vaxtla səhər saat yeddidə başlayıb, seçki məntəqələri axşam saat yeddiyə qədər işləyəcəklər.

Türkmənistan Konstitusiyasına uyğun olaraq Türkmənistan Məclisinə deputat seçkiləri ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilir.

Seçkilərə ölkənin siyasi partiya və ictimai təşkilatlarının milli müşahidəçiləri ilə yanaşı Avropada təhlükəsizlik və əməkdaşlıq Təşkilatı (ATƏT) və Müstəqil Dövlətlər Birliyi ölkələrindən (MDB) beynəlxalq ekspertlər və müşahidəçilər də dəvət olunublar.

Məclis deputatlarının səlahiyyət müddəti beş ildir.


Teqlər:





Xəbər lenti