Türk mətbuatı Ermənistanı `yıxıb-sürüdü`
AzVision.az xəbər verir ki, Türkiyənin nüfuzlu “Star” qəzetində dərc olunan məqalədə professor Sedat Laçiner bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak etmək üçün Yerevana etdiyi səfərin siyasi təhlilini verib.
Ə.Davudoğlunun ermənistanlı həmkarı E.Nalbandyanla görüşünün soyuq keçdiyini diqqətə çatdıran müəllif qeyd edir ki, Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər Ermənistan ilə əlaqələrin normallaşması və sərhədlərin açılması mümkün deyil. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq Türkiyə üçün çox önəmli bir ölkədir. Azərbaycan enerji sektorunda Türkiyənin strateji tərəfdaşıdır, son illər Türkiyə iqtisadiyyatına böyük sərmayələr qoyub. Halbuki Ermənistanın rəsmi Ankara üçün heç bir strateji və iqtisadi dəyəri yoxdur. Bir sözlə, işğal olunan Azərbaycan torpaqları azad edilməyənə qədər Türkiyənin Ermənistan ilə münasibətləri normallaşdırması mümkün deyil.